XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 May 2017 - 08:51

ABŞ prezidentinin xanımı Ağ Evin nümayəndəsinin işindən narahatdır –səbəb

 ABŞ prezidenti Donald Trampın xanımı Melanya Tramp Ağ Evin rəsmi nümayəndəsi Şon Spayserin öz işinin öhdəsindən gələ bilməməsindən narahatdır.

Bu barədə "Politico" xanım Trampla mütəmadi təmasda olan xarici müşavirə istinadən xəbər verib.

"O, çox narahatdır ki, Spayser işinin öhdəsindən gələ bilmir. Spayser prezidentinin qorunması üçün səy göstərmir" – deyə müşavir bildirib.

Onun sözlərinə görə, Melanya "sapmalardan" narahatdır. ABŞ-ın birinci xanımı hesab edir ki, administrasiyada bir çox insanlar onunla maraqlanırlar, nəinki Trampla.  (Report)