XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

21 May 2017 - 09:29

Mey Aİ-nin Britaniyaya milyardlarla funt ödəməli olduğunubəyan edib

Böyük Britaniyanın baş naziri Tereza Mey  Avropa İnvestisiya Bankındakı səhmlərlə əlaqədar Avropa İttifaqının ölkəsinə milyardlarla funt borcu olduğunu bəyan edib.

T. Mey deyib ki, Böyük Britaniyanın Brexit üzrə danışıqlar zamanı hüquq və öhdəlikləri bərabər səviyyədə nəzərə alınmalıdır.

Baş nazir Böyük Britaniyanın Avropa İttifaqı ilə birgə bir neçə böyük maliyyə və investisiya layihələrində iştirak etdiyini və buna görə də yekunda gəlirlərin bölüşdürülməsində iştirak etmək hüququ olduğunu xatırladıb: “Avropa İnvestisiya Bankı, investisiya fondu, digər sahələr var. Bunlar danışıqların vacib hissələri olacaq”.

T. Mey ilk dəfə Böyük Britaniyanın Avropa İnvestisiya Bankında öz payını saxlamaq niyyətində olduğunu da açıqlayıb. Böyük Britaniyanın Avropa İnvestisiya Bankında payı 10 milyard dollar dəyərləndirilir.

Qeyd edək ki, bundan əvvəl KİV-lər Avropa İttifaqının Brexit  üzrə danışıqlarda müxtəlif öhdəliklərlə bağlı Londondan 100 milyard avro tələb edəcəyini yazıb.

Xatırladaq ki, 23 iyun 2016-cı ildə Böyük Britaniyada Avropa ittifaqından çıxmaqla (Brexit) bağlı referendum keçirilib. Bu il martın 29-da Böyük Britaniya rəsmən ölkənin Avropa İttifaqından çıxma prosesinə başlayıb. Lissabon razılaşmasının 50-ci maddəsinə əsasən Böyük Britaniya 2 il müddətində, 29 mart 2019-cu ilə qədər Avropa İttifaqını tərk etməlidir. (APA)