XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

12 Noyabr 2015 - 17:02

Saakaşvilinin vətəndaşlığı ciddi təhlükədə! – Nazirdən açıqlama

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Gürcüstan vətəndaşlığının ləğv edilməsinə dair çıxarış prezident Georgi Marqvelaşviliyə dekabrın ilk günlərində təqdim ediləcək.

Bu barədə jurnalistlərə noyabrın 12-də Gürcüstanın Ədliyyə naziri Tsulukinai danışıb.  

Onun sözlərinə görə, məktub Mixeil Saakaşviliyə bir neçə gün öncə Odessada təqdim edilib: 

“Bu andan etibarən gürcü qanunvericiliyinə müvafiq olaraq öz mövqeyini bildirmək üçün dörd həftəlik müddət başlayır. Dekabrın ilk günlərində biz yekun qərarı qəbul edəcək Gürcüstan prezidentinə vətəndaşlığın ləğv edilməsi haqqında çıxarışı təqdim edəcəyik”.

oxu.az