XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 May 2017 - 12:15

Donald Tramp İsrailə gəlib –ABŞ prezidenti Şərqi Yerusəlim şəhərini ziyarət edəcək

Xaricə ilk səfərinin növbəti mərhələsində ABŞ prezidenti Donald Trump İsrail və Fələstin ərazisindədir.

Tramp ABŞ-ın regionda əsas müttəfiqlərindən biri olan Səudiyyə Ərəbistanda keçirilən zirvə görüşündə bir çox İslam ölkələrinin liderlərinə verdiyi çıxışdan sonra İsrailə təyyarə ilə uçub. ABŞ prezidenti iki günlük səfərində İsrail və Fələstin liderlərilə danışıqlar keçirmək niyyətindədir. O, İsrail və Fələstin arasında potensial sülh müqaviləsini "ən əhəmiyyətli müqavilə" adlandırıb, lakin bu razılığın nə formada olacağını dəqiqləşdirməyib.

Tramp razılığın iki tərəf arasında keçirilən danışıqlar nəticəsində əmələ gəlməsinə üstünlük verdiyini deyib.

ABŞ prezidenti qeyri-rəsmi şəkildə qədim Şərqi Yerusəlim şəhərində yerləşən Qərb Divarına ziyarət etməsi gözlənilir. O, bu addımı atan ilk vəzifəli ABŞ prezidenti olacaq.

Onun həmçinin yaxınlıqda yerləşən və xristianların inamına əsasən müqəddəs İsanın basdırıldığı və bir daha dirildiyi türbənin üzərində tikilən Müqəddəs Məzar Kilsəsinə də ziyarət etməsi gözlənilir. (BBC)