XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 November 2015 - 20:08

Beyrutda güclü partlayış: 37 ölü, 100-dən artıq yaralı

Livanın paytaxtı Beyrutda ard-arda iki güclü partlayış baş verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxtın cənub rayonlarından birində baş verən partlayış zamanı 37 nəfərin ölüb, 100-dən artıq insan yaralanıb. 

Beyrut polisinin məlumatına görə, hər iki partlayış «canlı bomba»lar tərəfindən həyata keçirilib. 

Şiələrin sıx yaşadığı rayon «Hizbullah»ın nəzarəti altındadır. Bu qruplaşma da Suriyada Bəşər Əsəd rejiminin qorunması üçün döyüşür.