XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 May 2017 - 14:32

Kim Çen In yenə raket buraxdı:Raketin kütləvi istehsalı ilə bağlı əmr verdi

Şimali Koreya orta mənzilli ballistik raketlərin sınağı  ilə bağlı növbəti məlumat yayıb.

KCNA dövlət xəbər agentliyi sınağın uğurlu alındığını bildirib. KCNA-a görə, Şimali Koreya lideri Kim Çen In da prosesi izləyib. O, bu raketin kütləvi istehsalı ilə bağlı əmr verib. Adı və xüsusiyyətləri haqqında hələ məlumat verilməyən raket üçün növbəti mərhələ onun  döyüş silahları arasına çıxarılmasıdır.

Ağ Evdən bildirilib ki, hazırkı sınaq zamanı təqdim olunan raket növləri, əvvəlki üç sınaqdan daha az olub.

Şimali Koreya ordusu Baş Qərargahından verilən məlumata əsasən, Şimali Koreyanın bu raketi bazar günü günorta saatlarında atılıb. “Yonhap” Cənubi Koreya xəbər agentliyi bildirib ki, raket 500 km uçaraq Yapon dənizinə düşüb. Keçən həftə KXDR-n atdığı raket, təxminən 700 km uzaqlığa düşmüşdü.

Cənubi Koreya mətbuatının yaydığı məlumata görə raket, aprel ayında sınaqdan keçirilən və buraxılan an partlayan raketin atıldığı yerdən, KXDR-n mərkəzində yerləşən Pxenyan-Namdo əyalətinin Puxçxan rayonundan atılıb. KCNA Şimali Koreya xəbər agentliyi bildirib ki, ölkə, "ABŞ-a atılacaq" şəkildə raketləri yaratmağa davam edəcək.

BMT Təhlükəsizlik Şurası mayın 15-də Şimali Koreyaya raketlərin atılması ilə bağlı xəbərdarlıq edib. (BBC)