Suriyada Rusiya ordusunun kapitanı Yevgeni Konstantinov həlak olub.
Avropa.info xəbər verir ki, bu barədə “Döyüş qardaşlığı” veteran təşkilatı məlumat yayıb. Rusiya Müdafiə Nazirliyi zabitin ölümünü təsdiqləyib. Konstaninovun 3 mayda yaralı yoldaşının xilas etmək istəyərkən öldüyü bildirilir.
Hərbçinin 7 mayda Novosibirskdə basdırıldığı deyilir. Ölümündən sonra onu ordenə təqdim ediblər.