XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

22 May 2017 - 18:32

1968-ci ildə “Praqa baharı” zamanı SSRİ-nin əleyhinə səs vermiş yeganə çex deputatı vəfat edib

Tanınmış siyasətçi Bojena Fukova 82 yaşında vəfat edib.

O, Çexoslovakiya Sosialist Respublikası (ÇSSR) Milli Məclisinin 1968-ci ildə ÇSSR ərazisində sovet qoşunlarının müvəqqəti yerləşməsi haqqında müqavilənin imzalanması əleyhinə səs vermiş yeganə deputatıdır. B. Fukova bir neçə il əvvəl jurnalistlərə müsahibəsində təsdiq edib ki, bu addımına görə heç vaxt təəssüf hissi keçirməyib. Halbuki dərhal deputat mandatından məhrum edilib və sonralar azyaşlı qızını böyütmək üçün iş axtarıb tapmaqda böyük çətinliklərlə üzləşib.

B.Fukova 1989-cu ildə “məxməri inqilab”dan sonra Çexoslovakiya Federal Məclisinin üzvü olub və sovet qoşunlarının ölkə ərazisindən çıxarılmasını müşahidə edən komissiyada çalışıb. 2006-cı ildə Slovakiyanın, 2014-cü ildə Çex Respublikasının dövlət mükafatları ilə təltif edilib. 2016-cı ildə “Xartiya 77” Fondu ona Frantişek Krigel mükafatını təqdim edib.