XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

22 May 2017 - 19:32

ABŞ səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı –Diplomatik insidentin tam təhqiq olunması tələb edildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçən həftə Vaşinqtona səfəri zamanı ABŞ təhlükəsizlik xidmətinin qeyri-peşəkar fəaliyyəti ilə əlaqədar amerikalı səfir Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona həm yazılı, həm də şifahi qaydada etiraz bildirilib.

Anadolu informasiya agentliyi xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsi ABŞ hökumətindən diplomatik insidentin tam təhqiq olunmasını və lazımi izahatın verilməsini rəsmi şəkildə tələb edib.

Xatırladaq ki, mayın 16-da Türkiyə səfirinin Vaşinqtonun mərkəzində yerləşən iqamətgahı yaxınlığında PKK terror təşkilatının tərəfdarları ilə Ərdoğanın təhlükəsizlik xidmətinin əməkdaşları arasında qarşıdurma baş verib. Hadisə nəticəsində 9 nəfərin yaralandığı, onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Xarici KİV-lərin məlumatına əsasən, ABŞ Konqresinin nümayəndələr palatasının xarici məsələlər komitəsinin sədri Ed Roys insidentlə əlaqədar Türkiyə liderinin təhlükəsizlik xidmətinin əməkdaşlarını məsuliyyətə cəlb etməyə çağırıb.