XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 May 2017 - 20:52

Tramp İsraildən İrana mesaj göndərdi:“Nüvə razılaşmasına görə Obamaya minnətdar olmalısınız”

"İran heç vaxt nüvə silahına malik olmayacaq".

 RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Qüdsdə, İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü ərəfəsində bəyan edib.

 “İran nüvə proqramı üzrə razılaşmanın şərtlərinə görə əvvəlki administrasiyaya minnətdar olmalıdır. Onlar özləri üçün fantastik qazanc əldə ediblər. Lakin bunun əvəzində bizi təhdid etməyə davam edirlər”, deyə D.Tramp bildirib.

 ABŞ prezidentinin sözlərinə görə, o, rəsmi Tehranın mövcudluğunu bütün Yaxın Şərqdə hər yerdə –  həm silah tədarükü, həm də hərbçilər qismində görür.