XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

23 May 2017 - 10:18

Tereza Mey Mançesterdə baş verən hadisəni dəhşətli terror aktı adlandırıb –Hökumət toplanır

Böyük Britaniyanın baş naziri Tereza Mey Mançesterdə baş verən hadisəni dəhşətli terror aktı adlandırıb.

"Reuters" agentliyi xəbər verir ki, baş nazir partlayış nəticəsində ölənlərin ailələrinə başsağlığı verib.

Bildirib ki, hazırda polis hadisənin təfərrüatlarını araşdırır.

Məlumata görə, bu gün T. Mey Nazirlər Kabinetinin fövqəladə iclasını çağıracaq.

Qeyd edək ki, martda Londonda törədilən terror aktından sonra baş nazir Böyük Britaniyada terror təhlükəsi səviyyəsinin dəyişməz qalacağını bildirmişdi.

“Terror təhlükəsinin səviyyəsi “ciddi” olaraq qalacaq,  səviyyəsi yüksəldilməyəcək”, deyə T.Mey bildirmişdi. Böyük Britaniyada terror təhlükəsinin 5 səviyyəsi mövcuddur. «Aşağı» səviyyə terror aktının az ehtimal olunduğunu bildirir. Daha sonra "sadə", "ciddi", "yüksək" və "böhran" səviyyələri gəlir.

Bu gecə İngiltərənin Mançester şəhərində stadionda konsert zamanı baş verən partlayış nəticəsində 19 nəfər ölüb, 50-dək insan yaralanıb. İnsident “Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konsertində qeydə alınıb.

Xatırladaq ki, martın 22-də Londonda Böyük Britaniya vətəndaşı, 52 yaşlı Xalid Məsud Vestminster körpüsündə bir neçə nəfəri avtomobillə vurub, sonra isə parlament binasına yaxınlaşaraq polis əməkdaşını bıçaqlamışdı. Hadisə nəticəsində 4 nəfər ölüb, 50 nəfər yaralanmışdı. 

APA