XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 May 2017 - 10:58

Venesuelada etirazlar qızışdı –Sabiq prezidentin evi yandırıldı

Venesuelada etirazçılar keçmiş prezident Uqo Çavesin Sabaneta şəhərindəki evini yandırıblar.

Bu barədə informasiyanı “El Nacional” qəzeti yayıb.

Qəzet evin bir müddət əvvəl Barinas ştatında etirazlarda iştirak edən 19 yaşlı gəncin öldürülməsinə görə yandırıldığını bildirib.

Qeyd edək ki, bundan öncə etirazçılar Venesuelanın Vilya-del-Rosario şəhərində Çavesin abidəsini yandırmışdılar.

Axar.az