XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

03 Aprel 2015 - 16:23

İran ayətullahı ilə İsrailin Baş naziri eyni sözü deyir

“Bu saziş İranın nüvə fəaliyyətinin dünya dövlətləri tərəfindən rəsmən tanınmasıdır”

Strateq.az-ın bildirdiyinə görə, bu sözləri Tehranın imam-cüməsi ayətullah Kaşani deyib. Tehran Universiteti ərazisində qıldığı cümə namazından öncə söylədiyi xütbədə bu fikirləri dilə gətirən ayətullah Qərb ölkələrinə sərt mesaj verməyi də unutmayıb: “ümidvarıq ki, ABŞ Prezidenti və sazişə imza atan ölkələr boyunlarına götürdükləri öhdəliklərə vəfa göstərərlər. Əks təqdirdə, İran da sazişə sadiq qalmayacaq”.

Qeyd edək ki, İranda imam-cümələrin fikirləri ölkənin dini liderinin adından deyilir. Bu mənada Kaşaninin xütbəsini də dini lider Xameneinin mövqeyi kimi də qəbul etmək olar.

O da maraqlıdır ki, İsrailin Baş naziri Netanyahu da İranla “altılıq” arasında bağlanan çərçivə sazişinə eynilə bu cür qiymət verib.