XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

03 Aprel 2015 - 17:00

Öldürülən prokurorun son sözü

İstanbul Ədliyyə binasındakı otağında 2 terrorçu tərəfindən 7 saat 50 dəqiqə girov saxlanıldıqdan sonra qətlə yetirilən prokuror Məhmət Səlim Kirazın ölümü ilə bağlı yeni detallar ortaya çıxıb.

Axar.az xəbər verir ki, iddialara görə, İstanbul Okmeydanında başına dəyən qaz fişəngi üzündən həlak olan prokurorun son sözü “Qapını qırın” olub.

Polis belə məlumat yayıb: “Polis məmurları kilidli qapını açmaq üçün hücum etdi. Bu vaxt prokurorun “Qapını qırın” dediyi eşidildi. İki terrorçu atəş açdı. Güllə polislərdən birinin alnını sıyırıb keçdi. Daha sonra prokurorun əl və ayaqlarını bağlayıb ağzına lentlədilər. Uzun müddət davam edən səylərə rəğmən, nəticə əldə olunmadı və prokurorun otağından dalbadal silah səsləri gəldi. Saat 22:24-də əməliyyat başladıldı. Xüsusi təyinatlılar yan otağın divarını partladaraq içəri girdi. İki terrorçu öldürüldü”.