XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

23 May 2017 - 18:56

Hindistan Pakistan ordusunu raketlə vurdu –Kəşmirdə gərginlik

Hindistanın hərbi qüvvələri Kəşmirin Pakistanın nəzarətində olan zonasında hərbi düşərgələri raket zərbələri ilə hədəf alıb.

Bu barədə Hindistan ordusunun sözçüsü Aşok Narula deyib.

“Terrorla mübarizə əməliyyatları çərçivəsində qüvvələrimiz nəzarət məntəqəsindən sonra cavab tədbirləri görməkdədir. Terrorçuları dəstəkləyən Pakistan ordusu cəbhədə təxribat həyata keçirir”, – ordu rəsmisi bildirib.

Pakistan tərəfi isə səsləndirilən iddiaların əsassız olduğunu deyib.

Qeyd edək ki, Kəşmir də daxil olmaqla, bir sıra ərazilər hələ də Hindistan və Pakistan arasında mübahisəli olaraq qalır/Axar.az.