XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 May 2017 - 08:27

Ağ Ev:"Mahmud Abbas İsraillə danışıqlara dərhal başlamağa hazırdır"

Fələstin lideri Mahmud Abbas ABŞ prezidenti Donald Trampla görüşdə İsraillə danışıqlara dərhal başlamağa hazır olduğunu bildirib.   

Bu barədə Ağ Evin məlumatında bildirilir.  

“Prezident Tramp və prezident Abbas fələstinli və israillilər arasında uzunmüddətli sülhün əldə olunmasına sadiq olduqlarını təsdiqləyiblər… Liderlər danışıqlar prosesinin inkişaf etdirilməsi yollarını və ərəb ölkələrinin bu işdə mümkün töhfəsini nəzərdən keçiriblər. Prezident Abbas danışıqlara dərhal başlamağa hazır olduğunu bildirib”, – deyə Ağ Evin məlumatında bildirilir.   

Qeyd edək Tramp ötən gün Fələstinə səfər edib.   (APA)