XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 November 2015 - 16:25

Dünya liderlərini Antalyaya aparan təyyarələr – FOTOLAR

Noyabrın 15-16-da dünya ölkələrinin liderləri Türkiyəyə toplaşacaq. Antalya şəhərində G20 ölkələri liderlərinin sammiti baş tutacaq. Artıq aylar öncədən Antaliya liderlərin qəbuluna ciddi cəhdlə hazırlaşır. Şəhərdə təhlükəsizlik ən yüksək həddə çatdırılıb, yollar yenilənib, otellər hazır vəziyyətə gətirilib.

Zirvə toplantısında 12 prezident, 11 baş nazir qatılacaq. ümumilikdə Antaliyaya 13 min insanın gələcəyi gözlənilir. Mətbuat nümayəndələrinin sayı isə 3 min olacaq. 12 min nəfər təhlükəsizliyi qoruyacaq. Azərbaycan da Türkiyənin xüsusi dəvətlisi kimi G20 toplantısında iştirak edəcək.

G20 zirvəsi ancaq dünya liderlərinin gəlişi ilə yox, həm də onların VİP təyyarələri ilə bütün diqqətləri üzərinə çəkəcək. Milyonlarla dollar qiyməti olan təyyarələrin əksəriyyəti “Boeing 747” tipli nəhəng hava gəmiləridir.

Onlardan ən diqqətçəkəni ABŞ prezidenti Barak Obamanın təyyarəsidir. Təyyarə raketlərdən müdafiə sistemi ilə təhciz edilib. “Air Force One” (Hava Qüvvələri 1) bir çox filmlərin də mövzusu olub. “Boeing” şirkətinin 1990- cı ildə istehsal etdiyi təyyarə nüvə savaşı zamanı belə idarə edilə bilər. Fövqəladə vəziyyət olarsa prezident oranı bir kapsulun köməkliyi ilə tərk edə bilər. Onun içərisində 85 telefon var. Bütün sistemlərin iki ehtiyat variantı var. Pilotlar hərbi təyyarələrin pilotları arasından seçilir. Təyyarənin istismar müddəti 2023-cü ildə bitir. Onu 747-8 seriyasından olan təyyarə əvəz edəcək.

Rusiya lideri Vladimir Putinin təyyarəsi də Obamanınkindən dala qalmır. Təyyarə bir dəfəyə 12 kilometrdən artıq uçuş həyata keçirə bilər. “Ilyushin 96-300” təyyarəsində duş, bar, yataq otağı, iş masası, toplantı salonu var. Təyyarənin dizaynı Kremli xatırladır. Bu hava gəmisi nüvə silahı hücumlarına da qarşı təhlükəsizlik sistemləri ilə təhciz edilib. Təyyarənin daxili dizaynı dövlət sirri hesab edilir(azadliq.info).

Son anda dəyişiklik olmasa liderlər aşağıdakı təyyarələrlə Antalyaya gələcəklər.

Obamanın təyyarəsi

Putinin təyyarəsi

çin Xalq Respublikasının baş naziri Si Tszinpin – Boeing 747

Braziliya prezidenti Dilma Rousseff – Airbus 319

Almaniya kansleri Angela Merkel – Airbus A319

İndoneziya lideri Joko Vidodo – Boeing 737-800

Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdüləziz – Boeing 747

Azərbaycan prezidenti İlam Əliyev – Boeing 767-300

Kanada baş naziri Stefen Harper – Airbus A310-300s (CC-150 Polaris)

Cənubi Afrika Respublikası Yakob Zuma – Boeing 737 (BBJ)