Egey dənizində yerləşən Yunanıstanın Ayos-Efstratios adasında çəyirtkələr səbəbindən fövqəladə vəziyyət elan olunub.
Həşəratların adada bitən bitkiləri məhv etməsi heyvandarlığa, burada yaşayan sakinlərin təsərrüfatına ciddi ziyan vurub. Həşəratlarla mübarizəyə Afinanın Kənd Təsərrüfatı Universitetinin tələbələri qoşulublar.
Ada Avropa İttifaqının “Natura 2000” proqramının tərkib hissəsini təşkil edən nadir flora və faunaya malikdir(azərtac).