ABŞ Prezidenti Donald Tramp 2018-ci ilin dövlət büdcəsi layihəsi çərçivəsində ölkənin strateji xam neft ehtiyatlarının yarısını satmağı planlaşdırır.
Azərtac xəbər verir ki, Ağ Evdən ABŞ Konqresinə göndərilən 2018-ci ilin dövlət büdcəsinin qanun layihəsinə görə, ölkənin strateji xam neft ehtiyatlarının oktyabr ayında başlayacaq 2018-ci maliyyə ilindən etibarən qarşıdakı 10 ildə mərhələli olaraq satılmasının planlaşdırıldığı bildirilir.
Bu satışdan 2018-ci ildə 500 milyon dollar, 2018-2027 maliyyə illəri arasında isə ümumilikdə 16,6 milyard dollar gəlir əldə edilməsi planlaşdırılır.
ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, hazırda ölkənin 688 milyon barrel strateji xam neft ehtiyatı var.