XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 May 2017 - 12:11

Almaniyada qaçqınlarla bağlı xərclər üçün20 milyard avro ayrılıb

Rheinische Post” qəzetinin bu gün Nazirlər Kabinetinin müzakirəsinə təqdim olunacaq məruzəyə istinadla yazdığına görə, 2016-cı ildə Almaniya federal hökuməti qaçqınlarla bağlı xərclər üçün əyalətlərin kommunal hakimiyyət orqanlarına 9,3 milyard avro məbləğində vəsait ayırıb.

Həmin məbləğdən 5,5 milyard avro qaçqın statusu verilməsi üçün müraciətləri hələ baxılma mərhələsində olan miqrantların dəstəklənməsinə sərf edilib. İnteqrasiya tədbirləri üçün daha 2 milyard, yataqxanaların tikintisi və təchizatı üçün 400 milyon, Almaniya ərazisinə valideynlərinin müşayiəti olmadan gəlmiş yetkinlik yaşına çatmayan qaçqınların saxlanması üçün 350 milyon avro nəzərdə tutulur.

Bundan əlavə, AFR Maliyyə Nazirliyinin məlumatına görə, Federal hökumət insanların öz ölkələrindən qaçqın düşməsi səbəblərini aradan qaldırmağa və ya ən azı bu cür səbəbləri azaltmağa yönəldilən tədbirlər üçün 11 milyard avrodan çox pul ayırıb(azərtac).