ABŞ 133 min 500 kubmetr tutuma malik olan mayeləşdirilmiş təbii qaz (liquefied natural gas-LNG) tankerini Hollandiyaya göndərib.
Azərtac xəbər verir ki, Malta, İspaniya, Portuqaliya və Türkiyədən sonra Hollandiya da ABŞ-dan ilk LNG alışını həyata keçirir. “Artic Discover” adlı LNG tankeri “Cheniere Energy” şirkətinin “Sapına Pass” terminalından yola çıxıb. Gəminin Rotterdam limanına iyunun 7-də çatması gözlənilir.
“Sapına Pass” terminalından ilk LNG ixracı isə bu ilin fevral ayında başlamışdı.