XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 May 2017 - 13:30

Çexiyada hökumət böhranıbaşa çatmaq üzrədir

Çexiya Prezidentinin mətbuat katibi İrji Ovçaçek bildirib ki, Prezident Miloş Zeman bu gün Andrey Babişin maliyyə naziri vəzifəsindən çıxarılması barədə sərəncam imzalayacaq. Bu vəzifədə onu parlamentin deputatı İvan Pilni əvəzləyəcək.

Xatırladaq ki, maliyyə fırıldaqları və vergidən yayınma halları barədə nazirin ünvanına səsləndirilən ittihamlar hökumət böhranına səbəb olub. Brifinqdə bildirilib ki, Prezident indiyədək A.Babişin tutduğu baş nazirin müavini vəzifəsinə ətraf mühit məsələləri naziri Rihard Brabetsi təyin edəcək. M.Zeman may ayının sonunda istefaya getməyə hazırlaşan təhsil naziri Katerjina Valaxova ilə də görüşməyi planlaşdırır(azərtac).