XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 May 2017 - 13:39

Avropada kassaları olmayan innovativmağazalar açılır

"Amazon" şirkəti Avropada kassaları olmayan innovativ mağazalar açacaq.

Azərtac "actualnews.org" saytına istinadla xəbər verir ki, artıq Britaniyanın Əqli Mülkiyyət Məsələləri üzrə Bürosu şəbəkənin sloqanını təsdiqləyib. Mağazaların açılması ilə bağlı rəsmi məlumat hələlik yoxdur. Lakin bildirilir ki, "Amazon" şirkəti Böyük Britaniya ərazisində hərfi mənada "Növbə yox, kassa yox" kimi tərcümə olan "No lines. No checkout" sloqanından istifadə olunması üçün razılıq alıb. Bundan əvvəl bu şüar ABŞ ərazisində kassasız mağazaların açılışında istifadə edilib. Orada ilk belə innovativ satış məntəqələri hələ ötən ilin dekabrında fəaliyyətə başlayıb.

Yeni tip mağazalar "Amazon Go" adlanır. Bu ticarət şəbəkəsinin əsas fərqi xidmət personalının və kassaların olmamasıdır. Ticarət obyektinə girişdə ziyarətçi QR-kodunu skan etməlidir, bu kod alıcıya smartfon üçün olan xüsusi proqram əlavəsi vasitəsilə verilir. Sonra alıcı bəyəndiyi məhsulu seçir və onun xərclədiyi vəsait isə kartından çıxılır.