XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 May 2017 - 16:44

İŞİD-in “hərbi naziri”öldürülüb

Bəşər Əsədə sadiq qüvvələr Hələb şəhərinin şərqində apardığı əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının “hərbi naziri” Əbu Musab əl-Masrini qətlə yetirib. Bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, məlumatda əl-Masri ilə birgə qruplaşmanın 12 nüfuzlu nümayəndəsinin də məhv edildiyi bildirilir. Lakin əməliyyatın vaxtı və dəqiq məkanı barədə heç bir informasiya verilmir.

Qeyd edək ki, 2016-cı ilin mart ayında İŞİD qruplaşmasının Pentaqonda “müharibə naziri” adlandırılan ən nüfuzlu liderlərindən biri – Əbu Ömər əş-Şişani qətlə yetirilmişdi. Əsl adı Tarxan Batiraşvili olan səhra komandirinin öldürülməsi ABŞ-ın qruplaşma ilə mübarizədə əsas uğurlardan biri sayılır.