XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 May 2017 - 17:22

Bundesver anbarlarından silahlarhara yoxa çıxır?

Son illər bundesverdə indiyə qədər məlum olduğundan daha çox silah yoxa çıxıb. “Der Spiegel” jurnalı bu barədə məlumatı AFR Müdafiə Nazirliyinin daxili sənədinə istinadla yazıb.

Məlumatda deyilir ki, 2015-ci ildə təlim atışlarından sonra Almaniya ordusundan 3 ədəd G36 avtomatı, 2 ədəd G3 avtomatik tüfəngi, bir ədəd P8 tapançası və 3 ədəd siqnal tapançası yoxa çıxıb.

Federal prokurorluq bu ilin fevral ayında zirehli transportyordan 2 ədəd avtomatın, bir ədəd P8 tapançasının və bir ədəd siqnal tapançasının oğurlanması faktının terror fəaliyyətində əli olmaqda şübhəli bilinən Franko A. adlı baş leytenantın işi ilə nə dərəcədə bağlı olduğunu araşdırır. Qeyd edək ki, ZTR “Munster” poliqonunda qarət edilib(azərtac).