XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

24 May 2017 - 19:04

Mançesterin mərkəzində xüsusiəməliyyat keçirilir

Britaniya polisi “Manchester Arena” stadionunda baş verən partlayışın təhqiqatı ilə əlaqədar Mançester şəhərinin mərkəzində axtarışlar aparır.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat şəhərin polis idarəsinin rəsmi “Twitter” səhifəsində yerləşdirilib. Məlumatda, həmçinin təhlükəsizliyin təmin olunması üçün əməliyyatın keçirildiyi rayonda dəmir yol xətlərinin də müvəqqəti bağlandığı deyilir.

Xatırladaq ki, mayın 22-də “Manchester Arena” stadionunda amerikalı müğənni Ariana Grandenin çıxışından sonra partlayış baş verib. Partlayıcı qurğu konsert zalının xaricində – foyedə işə düşüb. Son məlumata əsasən, hadisə nəticəsində 22 nəfər həlak olub, 120 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan 59-u hələ də xəstəxanalarda müalicə alır. Bundan başqa, bir neçə yeniyetmə itkin düşmüş sayılır. Həkimlər 20 nəfərin vəziyyətinin ağır olduğunu qeyd edir.

Bu gün günorta saatlarında Mançester polisi terror aktının bir qrup şəxs tərəfindən təşkil olunduğuna dair bəyanat yayıb. Bir qədər əvvəl isə hücumun terrorçu-kamikadze tərəfindən təkbaşına həyata keçirildiyi bildirilirdi.

Hadisənin məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.