XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

24 May 2017 - 20:00

Messinin vergidən yayınması ilə bağlı məhkəmə hökmüqüvvədə saxlanılıb

İspaniya Ali Məhkəməsi “Barselona” futbol klubunun və Argentina yığmasının hücumçusu Leonel Messinin vergidən yayınma işi ilə bağlı iyul ayında Barselona şəhərinin məhkəməsi tərəfindən verilən 21 ay həbs cəzası hökmünü qüvvədə saxlayıb.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, iyulda Messi 4,1 milyon avro həcmində vergidən yayınma üzrə üç epizodda ittiham olunub. Bununla yanaşı, eyni müddətə həbs cəzasına məhkum edilən Messinin atası Xorxenin həbs müddəti də 15 ayadək azaldılıb.

Messi, həmçinin 2 milyon avro, onun atası isə 1,5 milyon avro həcmində cərimələnib. Argentinalı hücumçunun məhkəmənin qərarı ilə əlaqədar apelyasiya şikayəti verdiyi bildirilir.

İspaniyanın hüquqi ənənəsinə görə, zorakılıqla bağlı olmayan cinayətlər üzrə 2 ildən az məhkum olunan şəxslər cəzalarını barmaqlıqlar arxasında keçirmir. Beləliklə də Messi və atasının cəzasının şərti xarakter daşıyacağı güman olunur.