XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 May 2017 - 20:15

İran ordusutəlimlərə başlayıb

Mayın 24-də İran İslam Respublikası ordusunun quru qoşunlarının İsfahanda “Beytül-Müqəddəs-29” adlı təlimləri başlanıb.

Bu barədə məlumat yayan yerli mətbuat bildirir ki, təlimlərə piyada qüvvələr, artilleriya, hərbi vertolyotlar və İran Ordusu Hərbi Hava Qoşunlarının qırıcı təyyarələri ilə yanaşı, pilotsuz ucan təyyarələr də cəlb edilib.

Təlimlərə general Nozər Neməti rəhbərlik edir.

Bəzi mətbuat orqanları yazır ki, təlimlər İran–İraq müharibəsi zamanı 578 gün işğalda qalmış Xürrəmşəhrin azad olunmasının 35 illiyinə həsr olunsa da, əslində, ABŞ Prezidentinin Yaxın Şərq səfəri zamanı İranın ünvanına söylədiyi təhdidlərə cavabdır(azərtac).