XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

25 May 2017 - 00:17

Baş prokuror:“Venesuelada iğtişaşlar nəticəsində 55 nəfər ölüb”

Aprelin əvvəlindən Venesuelada iğtişaşlar nəticəsində 55 nəfər ölüb.

TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə ölkənin baş prokuroru Luiza Orteqa Dias bildirib.

Onun sözlərinə görə, ölənlərdən 52-si mülki şəxs, 3-ü isə polis əməkdaşıdır. Ölkə ərazisində qeydə alınan nümayiş və etiraz aksiyaları zamanı minədək insan müxtəlif dərəcəli xəsarət alıb. “Ölüm faktları ilə əlaqədar 19 polis və hərbi qulluqçu məsuliyyətə cəlb edilib”, deyə L.Orteqa Dias qeyd edib.

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Qərar ölkədə kütləvi etirazlara və iğtişaşlara səbəb olub. Yeni etiraz aksiyalarına səbəb isə ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.

APA