XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2015 - 12:16

Avropanı silkələyən terror aktları

Noyabrın 13-də Parisdə baş verən terakt Avropada böyük terror aktlarından biri hesab olunur.

Rusiyanın NTV telekanalı “qoca qitədə” baş verən irimiqyaslı terror aktları barədə məumat yayıb.

Bu il yanvarın 7-də silahlı şəxslər Məhəmməd peyğəmbərin karikaturalarını dərc edən qalmaqallı “Charlie Hebdo” jurnalının redaksiyasına hücum etmişdilər. Hadisə nəticəsində jurnalın 12 əməkdaşı öldürülmüş, 11 nəfər isə yaralanmışdı.

2005-ci il iyulun 7-də kamikadzelər Böyük Britaniyanın paytaxtında üç qatarı və bir avtobusu partlatmışdılar. Hadisə nəticəsində 52 nəfər həlak olmuş, 700 nəfərə yaxın insan isə xəsarət almışdı. Xüsusən hücumda iştirak edən terrorçuların Birləşmiş Krallığın vətəndaşı olmaları və orada doğulub boya-başa çatmaları geniş rezonans doğurmuşdu.

2004-cü il martın 11-də Madridin ictimai nəqliyyatında – qatarlarda və platformalarda bir neçə saat ərzində 10 partlayıcı qurğunun işə düşməsi nəticəsində 191 nəfər həlak olmuş, 2 mindən çox insan isə xəsarət almışdı.

1988-ci il dekabrın 21-də “Pan American” şirkətinə məxsus təyyarənin partladılması Avropada ən böyük terror aktı kimi tarixə düşüb. O zaman göyərtəsində bombanın partladığı təyyarə Şotlandiyanın Lokerbi kəndinin üzərinə düşmüşdü. Nəticədə 270 nəfər – təyyarədəki sərnişinlər və kənd sakinləri həyatlarını itirmişdi(azərtac).