XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 May 2017 - 19:01

Merkeldən açıq xəbərdarlıq:"Əgər deputatlara icazə verilməzsə, hərbçilərimizi çıxaracağıq"

"Alman deputatlara İncirlik aviabazasına səfər icazəsi verilməzsə, hərbçilərimizi oradan çıxaracağıq".

Bu sözləri Brüsseldə səfərdə olan Almaniya kansleri Angela Merkel deyib.

O bildirib ki, sözügedən məsələsini NATO sammiti çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla da müzakirə edəcək:

“Türkiyə prezidenti ilə görüşdə bizim üçün bunun qaçılmaz olduğunu söyləyəcəyəm. Çünki biz parlament ordusuna sahibik. Hərbçilərimizin Bundestaqın deputatları tərəfindən ziyarət edilməsi önəmlidir. Əks təqdirdə, İncirliyi tərk etmək məcburiyyətində qalacağıq”.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə hökuməti alman deputatların İncirliyə daxil olmasına icazə verməmişdi/Axar.az.