XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 May 2017 - 08:16

Stoltenberq:"NATO koalisiyası İŞİD-ə qarşı əməliyyatlarında iştirak etməyəcək""

NATO İŞİD terror qruplaşması ilə mübarizə koalisiyasına formal olaraq qoşulub. Bu o demək deyil ki, NATO koalisiyanın İŞİD-ə qarşı əməliyyatlarında iştirak edəcək. Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.  

“Biz, NATO 28 üzv dövlətin iştirakı ilə koalisiyanın üzvü olmasına dair razılığa gəldik. Bu o demək deyil ki, biz koalisiyaya üzv olmaqla hərbi əməliyyatlarda iştirak edəcəyik”, – deyə Stoltenberq qeyd edib.

“Bu, təlim və müdafiə qabiliyyətinin möhkəmlənməsi üzrə əlaqələndirilmə də daxil olmaqla, NATO-nun siyasi müzakirələrdə iştirak etməsinə imkan yaradacaq. Biz İraq hərbçiləri üçün təlimlərimizi davam etdirəcəyik. NATO-nun təlimi sayəsində partlayıcı qurğuları zərərsizləşdirməyi bacaran  İraq hərbçiləri bacarıqlarını artıq Mosul uğrunda döyüşlərdə tətbiq edirlər”, – deyə baş katib bildirib.       

Stoltenberq bundan əvvəl NATO-nun əməliyyatlarda iştirak etməyəcəyini dəfələrlə bəyan edib. (APA)