XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 May 2017 - 10:28

Facebookun qurucusu Sukerberq 13 ildən sonra Harvardı bitirdi –Diplom aldı (FOTO)

Dünyanın ən böyük sosial media saytı Facebookun qurucu ortağı Mark Sukerberq illər öncə məzun olmadan ayrıldığı Harvard Universitetindən diplomunu alıb.

ABŞ-ın ən nüfuzlu ali təhsil ocaqlarından biri hesab olunan Harvard Universitetində kompyuter mühəndisliyi və psixologiya təhsili alan, ancaq 2004-ci ildə ikinci kursa gedərkən universiteti yarımçıq buraxan Sukerberq, 13 il fasilədən sonra Harvard buraxılış mərasimində iştirak edib.

 Mərasimdə diplomunu alan Sukerberq Facebook-da etdiyi paylaşımda "Anacan, geri gəlib diplomu alacağımı sənə həmişə demişdim"- ifadəsini istifadə edib.

 Suckerberqin diplomunu havaya qaldırarkən çəkilmiş foto Facebookda 1,3 milyon insan tərəfindən bəyənilib.

 Dünyanın ən varlı 5-ci adamı

Harvardda tələbə olarkən  Facebooka üstünlük vermək üçün təhsilini yarımçıq qoyan Sukerberq təxminən 65 milyard dollarlıq sərvətiylə dünyanın ən gənc milyarderi və ən varlı 5-ci şəxsidir.

Hazırda dünyanın ən varlı insanı olan Bill Geyts Microsoft-u qurmasından sonra Harvard Universitetini 1975-ci ildə yarımçıq qoymuş, 2007-ci ildə isə universitetdən fəxri doktor adı almışdı.