XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

15 Noyabr 2015 - 08:21

Parisdəki terrorçulardan birinin pasportu ələ keçdi

Serbiya mətbuatı Parisdəki terrorun icraçılarından birinin – suriyalı Əhməd Əlməhəmmədin pasportunun fotosunu dərc edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, pasport terrorçunun cəsədinin yanında tapılıb.  

Mətbuatın yazdığına görə, Fransa xüsusi-xidmət orqanları dərhal serbiyalı həmkarlarına müraciət ediblər. Miqrantlarla bağlı geniş məlumat bazasına sahib olan Serbiya da Fransaya lazımi bilgiləri təqdim edib.

Məlum olub ki, Əlməhəmməd oktyabrın 3-də Suriyadan Yunanıstan ərazisinə keçib. 4 gün sonra Serbiyanın miqrant məntəqəsinə yollanıb. Məntəqədən keçərkən onun üzərində silah olmayıb.