XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 May 2017 - 14:51

Misirdə terrorçular xristianların olduğu avtobusu atəşə tutub –23 nəfər həlak olub

Misirin cənubundakı Əl-Minya əyalətində avtobusa edilən hücum nəticəsində azı 23 nəfər həlak olub.

Trend-in məlumatına görə, bir qrup silahlı kopt xristianlarının olduğu avtobusu atəşə tutub.

Hadisə nəticəsində 25 nəfər də xəsarət alıb.

Misir təhlükəsizlik qüvvələri hücumun baş verdiyi bölgədə silahlıların axtarışı məqsədilə əməliyyata başlayıb.