Fox News telekanalı ABŞ əhalisi arasında belə bir sorğu keçirib: kimi Amerikanın düşməni, yaxud dostu hesab edirsiniz?
Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, rəy sorğusunun nəticələri əsasında hazırlanmış reytinqdə birinci yerdə Şimali Koreya dayanır. Onu amerikanların 93 faizi ABŞ-ın düşməni hesab edir. Sonrakı sıralama belədir: İran (80 faiz), Suriya (76 faiz), Rusiya (64 faiz).
Bununla yanaşı, rəyi soruşulan amerikalıların 73 faizi bu fikirdədir ki, onların dövlət başçısı Donald Tramp Rusiyanı müttəfiq sayır. Bunun əksini düşünənlər isə 20 faiz təşkil edir.
Telekanal qeyd edir ki, son illərdə ABŞ vətəndaşlarının Rusiyaya münasibəti xeyli pisləşib. Belə ki, 2013-cü ilin martınadək (Krımın Rusiyaya birləşdirilməsinə qədər) amerikanların 47 faizi Rusiyanı dost, yalnız 40 faizi düşmən dövlət hesab edirdi. Beləliklə, son dörd ildə Moskvaya düşmən münasibəti bəsləyənlərin sayı 24 faiz artıb.
ABŞ-ın əsas dostlarına və müttəfiqlərinə gəlincə, bu reytinqdə birinci yeri 96 faiz səslə Kanada tutur. Respondentlərin 95 faizi dost dövlətlər sırasında Böyük Britaniyanın, 92 faizi Fransanın, 87 faizi Almaniyanın adını çəkib.