XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

26 May 2017 - 16:21

Tereza Mey internetdə ekstremist materiallarınblok olunmasına çağırır

Böyük Britaniyanın Baş naziri Tereza Mey internet-saytlarda ekstremist xarakterli materialları yerləşdirən istifadəçiləri blok etməyə imkan verən beynəlxalq kodun hazırlanmasını vacib sayır. Bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Britaniya hökuməti başçısının fikrincə, informasiya texnologiyaları kompaniyaları təhlükəli materialların təyin olunması üçün texniki alətləri təkmilləşdirməli və bu barədə hökumətə məlumat verməlidir.

“Üzləşdiyimiz təhlükə artır. Belə ki, İŞİD qruplaşması İraqda və Suriyada mövqelərini itirir və mübarizə döyüş meydanından internetə keçir”, – deyə Baş nazir qeyd edib.

Bir qədər əvvəl informasiya texnologiyaları sənayesinin 4 nəhəngi – “Google”, “Microsoft”, “Twitter” və “Facebook” internet məkanında terrora çağırışlara son qoymaq üçün Britaniya hökuməti ilə səyləri birləşdirməyi vəd edib. Onlar, həmçinin əməkdaşlığın iki əsas hədəfini müəyyənləşdirib: terror kontentinə nəzarət üçün kiçik kompaniyalara dəstək və terror təbliğatı əleyhinə ictimai təşkilatlar vasitəsi ilə “alternativ materiallar yerləşdirmək”.