XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

26 May 2017 - 18:24

Təyyarədə siqaret çəkən şəxsə9 il həbs cəzası

Britaniyanın Birmingem şəhər Məhkəməsi 2016-ci ildə təyyarənin ayaqyolunda siqaret çəkərkən, yanğın törədən Con Koksin cəzasını ağırlaşdırıb. 

“Report” BBC-yə istinadən xəbər verir ki, 2015-ci ildə o, Birmingehmdən Misirin Şarm-əş-Şeyx kurort şəhərinə uçan təyyarənin göyərətsində siqaret çəkərkən, törətdiyi yanğına görə 4,5 il azadlıqdan məhrum edilmişdi.

2017-ci ilin yanvarında məhkəmə işə yenidən baxıb. C.Koks günahkar olduğunu deyərək, davranışının insanların həyatı üçün təhlükə yaratdığını etiraf edib. Məhkəmə isə onun cəzasını ağırlaşdıraraq 9 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərar verib. Apelyasiya məhkəməsində C.Koks bildirib ki, həmin tarixdək anasının vəfatı və ailə problemi ilə bağlı sarsıntı keçirib. Siqareti də bu səbəbdən çəkib.

Qeyd edək ki, C.Koksun da göyərtəsində olduğu təyyarədə 200 sərnişin olub 10 min metr yüksəklikdə uçurmuş.