XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 May 2017 - 13:12

Türkiyə almaniyalı deputatlar qarşısındaşərt qoydu

Türkiyə və Almaniya xarici işlər nazirləri almaniyalı millət vəkillərinin İncirlik bazasına giriş məsələsini müzakirə edəcək.

Trend-in məlumatına görə, bunu NATO sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan vurğulayıb ki, onların arasında Türkiyədə terrorçuluğu dəstəkləyənlər olmamalıdır:

"Terroru dəstəkləyən millət vəkilləri yaxşı qarşılanmayacaq. Bununla bağlı, nazirlər danışıqlar aparacaq və lazımi qərar qəbul olunacaq”.

Bir müddət əvvəl Türkiyə hökuməti almaniyalı bir qrup deputatın İncirlik bazasına səfərinin qəbuledilməz olduğunu bildirmişdi.