Latviya Müdafiə Nazirliyi “Qardian Respons” adlı hərbi təlimlərin Dauqavpils, Kuldiqa, Rezekna ve Riqa şəhərlərində keçirildiyini bildirib.
Təlimlərdə 150 litvalı əsgərin iştirak etdiyi deyilib.
“Təlimlər ABŞ–ın 10-cu Aviasiya Korpusunun tabeliyindəki Feniks bölüyü və Latviyanın Zemesardze batalyonu tərəfindən aparılır”, – vurğulanıb.
Qeyd edək ki, ABŞ-ın Baltikyanı ölkələrdə keçirdiyi təlimlər Rusiya tərəfinin ciddi narazılığına səbəb olub/Axar.az.