XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 May 2017 - 02:20

Kəşmirdə yeni etirazlar –Hindistanla Pakistan arasında gərginlik artır

Şənbə günü Hindistanın nəzarət etdiyi Kəşmirdə Hindistana qarşı böyük etirazlar keçirilib və nəticədə qarşıdurma yaranıb. Buna səbəb hökümət qüvvələrinin tanınmış üsyançı komandir və onun regiondakı həmkarını öldürməsidir.

Polisin verdiyi məlumata görə, üsyançı lider Sabzar Əhməd Bhar və onun döyüşçü dostu, hökumət qüvvələrinin üç üsyançının orada gizləndiyinə dair ipucu alması ilə Tral ərazisini mühasirəyə almasından sonra yaranan silahlı qarşıdurma nəticəsində öldürülüb.

Polis evdə ilişib qalan azı bir üsyançı ilə döyüşün davam etdiyini bildirib. Zorakılıqların artması ilə Hindistan əleyhinə şüarlar səsləndirən yüzlərlə qəzəbli sakin evdə ilişib qalan üsyançının qaçmasına yardım etmək üçün yürüş keçirib.

 

Polis və əsgərlər etirazçılara atəş açıb

 

Daş atan etirazçılarla hökümət qüvvələri arasında bir neçə yerdə toqquşma baş verib. Polis və yarı-hərbi dəstələrin əsgərləri etirazçıları durdurmaq üçün onlara odlu silahdan atəş açıb, üzərlərinə bibər qazı səpiblər.

Üsyançı liderin ölümü ilə bağlı xəbər regionda yayılandan sonra, tələbələr də daxil olmaqla, minlərlə insan küçələrə axışaraq, “Hindistan, geri qayıt!” və “Biz azadlıq istəyirik!” kimi şüarlar səsləndirib.

Qarşıdurma nərticəsində bir çox mülki vətəndaş xəsarət alıb.

 

Ötən il buna bənzər etirazlar olub

 

Ötən il də Kəşmirdə üsyançı lider Burhan Vaninin öldürülməsi böyük etiraz yürüşlərinə və qarşıdurmaya səbəb olmuşdu. Vaninin ölümündən sonra etirazlar aylar boyu davam edib və nəticədə 90-dan çox insan öldürülmüş, minlərlə insan isə yaralanmışdı.

Ordunun verdiyi məlumata görə, şənbə günü Hindistan əsgərləri Kəşmiri Hindistanla Pakistan arasında bölən hərbiləşdirilmiş sərhəddə altı şübhəli üsyançı lideri öldürüblər.

Ordu sözçüsü polkovnik Raceş Kalianın dediyinə görə, silahlı qarşıdurma bir sıra ağır silahlı üsyançının Kəşmirin Pakistanın nəzarət etdiyi hissəsindən Hindistanın nəzarət etdiyi hissəsinə keçməsindən sonra yaranıb.

Cümə günü isə ordu, əsgərlərin həmin ərazidə eynilə Pakistan ərazisindən Hindistan ərazisinə keçən iki şübhəli silahlını öldürdüklərini bildirib. 

Nüvə silahına sahib hər iki ölkə ərazinin bütövlüklə onlara aid olduğunu iddia edir. Paksitan və Hindistan arasında Kəşmir üzərində iki müharibə olub.

Üsyançı quplar 1989-cu ildən bəri Kəşmirin müstəqilliyi və ya qonşu Pakistanla birləşdirilməsi uğrunda döyüşür. Döyüş və daha sonra Hindistanın təqibi nəticəsində 70 minə yaxın insan ölüb. Hindistan Pakistanı üsyançılara təlim keçib, silahlandırmaqda günahlandırır. Pakistan isə bu ittihamları rədd edir.

Amerikanınsesi.org