XƏBƏR LENTİ

11 Dekabr 2019
10 Dekabr 2019

Digər Xəbərlər

28 May 2017 - 09:50

Filippində hərbçilərlə terrorçular arasında baş vermiş toqquşmalarda85 nəfər öldürülüb

Filippində silahlılar 19 dinc sakini qətlə yetirib.

Bu barədə "France Presse" hərbçilərə istinadən məlumat yayıb.

Xəbərdə bildirilir ki, hadisə ölkənin cənubunda baş verib. Filippin hökumətinin yaydığı məlumata görə, dinc sakinlərin terrorçular tərəfindən öldürülməsi Maravi şəhərində baş verib. Öldürülənlər arasında 3 qadın və uşaq da var. Qətlə yetirilənlərin cəsədləri hərbçilər tərəfindən şəhərin universitetinin yaxınlığında tapılıb.

Bununla da hökumət qüvvələri ilə terrorçular arasında baş vermiş toqquşmalarda həlak olanların ümumi sayı 85 nəfərə çatıb. Hazırda şəhərdə silahlı qüvvələrlə İŞİD terror qruplaşmasını dəstəkləyən islamçılar arasında qarşıdurma davam edir.  (Report)