XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

04 Aprel 2015 - 06:43

ABŞ hərbi təlimatçıları aprelin 20-də Ukraynaya gələcəklər

“Əsas diqqət daxili təhlükəsizlik və müdafiəyə yönələcək”

Президент Украины Петр Порошенко

ABŞ-ın hərbi təlimatçıları aprelin 20-də Ukraynaya gələcəklər.

Strateq.az Ukrayna mətbuatına isnadən xəbər verir ki, Ukrayna prezidenti administrasiyası rəhbərinin müavini Valeri çalıy Ukrayna prezidenti Poroşenkonun ölkə hərbçilərinin iştirakı ilə çoxmillətli təlimlərin keçirilməsi planını təsdiq etdiyini bildirib.

O həmçinin qeyd edib ki, ABŞ-la əməkdaşlığın necə inkişaf etməsindən razıdırlar.

2015-ci ildə Ukrayna ərazisində bir sıra təlimlərin keçirilməsi nəzərdə tutulur: “Fearless Guardian -2015” (Mini ABŞ hərbçisi olmaqla 2,2 min nəfərin iştirtakı ilə), “Sea Breeze – 2015” (yenə də mini ABŞ hərbçisi olmaqla 2,5 min nəfərin iştirakı ilə), o cümlədən 1000 Amerika hərbçisi və 500 NATO əsgərinin iştirakı ilə “Sülh naminə tərəfdaşlıq” proqramı və “Saber Guardian/Rapid Trident təlimi.

Əvvəllər məlumat verilib ki, hazırlıq keçəcək hərbi təlimatçılar ABŞ-ın Viçensedə (İtaliya) yerləşmiş 173-cü hava-desant briqadasının təkibinə daxildir.

Pentaqon təmsilçisinin sözlərinə görə, “Onlar Ukrayna milli qvardiyasının altı rotasına təlim keçəcəkllər. Əsas diqqət dövlətin daxili təhlükəsizliyinin təminatına və müdafiəyə yönələcək”.