XƏBƏR LENTİ

11 Dekabr 2019
10 Dekabr 2019

Digər Xəbərlər

29 May 2017 - 04:10

Taliban Əfqanıstanda mövqelərini getdikcə gücləndirir –1 həftədə öldürülən əsgər sayı 100 nəfəri keçib

Taliban yaraqlısının 6 hökumət əsgərini güllələməsi ilə bu həftə Əfqanıstanda öldürülən əsgərlərin sayı 100-ə çatıb.

Strateq.az Amerikanınsesi.org-a istinadən xəbər verir ki, bu dəfə Zabul vilayətindəki polis silahını öz həmkarlarına tuşlayaraq, komandiri də daxil, 6 əsgəri qətlə yetirib.

Əfqanıstan mediası hücumçunun daha sonra Taliban yaraqlılarına qoşulduğunu və postu onların nəzarətinə verdiyini bildiriir.

Şənbə günü isə Əfqanıstanın şərqində hökümət qüvvələrinə aid konvoya intiharçı bomba hücumu olub. Nəticədə azı 18 nəfər ölüb, altı nəfər yaralanıb.

Rəsmilər deyib ki, şərqi Xost şəhərində baş verən hücum ərazidəki ABŞ qüvvələrinin təhlükəsizliyini təmin edən Əfqanıstan qüvvələrinin xüsusi bölməsini hədəf alıb.

Daxili işlər naziri Nəcib Danış deyib ki, bomba hücumunu həyata keçirən şəxs partlayıcı maddələrlə dolu maşını şəhərdəki avtovağzal yaxınlığında konvoyun üzərinə sürüb və əksəriyyəti mülki vətəndaşların ölümünə səbəb olub.

Hücuma görə məsuliyyəti üzərinə götürən Taliban isə təhlükəsizlik konvoyuna mülki vətəndaşların olmadığı yerdə hücum edildiyini deyib.

Taliban sözçüsü Zabihullah Mucahid deyib ki, hücum nəticəsində 22 düşmən qüvvə öldürülüb, bir çoxu isə yaralanıb.

O, Talibanının xüsusi qüvvələri cəzalandırmaq üçün bu hücumu bir neçə ay əvvəl planlaşdırdığını deyib və bildirib ki, onlar Xostda Amerika Mərkəzi Kəşfiyyat Agentliyinin işçilərinin əmri ilə əfqanlara qarşı insan haqları pozuntuları həyata keçirirmişlər.

Hücum həm də BMT-nin hər iki tərəfi bayram münasibətilə hərbi əməliyyatları dayandırmaq çağırışlarından sonra – müsəlmanların müqəddəs Ramazan ayının ilk günündə həyata keçirilib.

Taliban əfqan təhlükəsizlik qüvvələri və hərbi bazalara qarşı hücumları artırıb. Qiyamçılar bu həftə ölkənin cənubunda yerləşən Qəndaharda bir sıra hücumlar həyata keçirərək, 60-dan çox əsgərin ölümünə, onlarla əsgərin isə yaralanmasına səbəb olub.