XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

29 May 2017 - 17:24

Suriyada 17 kənd terrorçulardan azad edildi

Suriya ordusu könüllülərin köməyi ilə Hələbdən 100 kilometr şərqdə Meskene şəhərində İŞİD-in forpostunu tamamilə mühasirəyə alıb.

Trend xəbər verir ki, hökumət qüvvələri 17 kəndi azad ediblər. Əməliyyatlarda 2 mindən artıq İŞİD silahlısının öldüyü və yaralandığı, terrorçulara məxsus xeyli sayda hərbi texnikanın məhv edildiyi xəbər verilir.

Son 3 ayda hökumət qüvvələrinin Hələbin şərqində 170-dən artıq kəndi azad etdiyi bildirilir.