Ukraynalı dövlət rəsmisi RUsiya Federasiyasının Krım ərazisində nüvə silahı yerləşdirmək niyyətində olduğunu bəyan edib.
"Hazırda Rusiya qanunsuz işğal etdiyi yarımadanı hərbiləşdirir. Yarımadaya hərrbi texnika və silah yığılır. Eyni zamanda bəzi məlumatlara əsasən nüvə hücum silahları yerləşdirmək də planlaşdırılır"-deyə Parubiy əlavə edib.
Spiker həm də qeyd edib ki, rus işğalçı rejim yarımadadakı Ukrayna və krım-tatar etnik cəmiyyəttlərinin nümayəndələrini təqib edir.
Parubiy vurğulayıb ki, Ukrayna münaqişənin sülh yolu ilə həllində maraqlıdır. Bunun üçün isə Rusiyaya siyasi təzyiqi və sanksiyaları qüvvədə saxlamaq lazımdır. (Ölkə.az)