XƏBƏR LENTİ

13 Dekabr 2019
12 Dekabr 2019

Digər Xəbərlər

30 May 2017 - 00:44

“Beynəlxalq aləmdə qüvvələr balansı dəyişib, ABŞ lider statusundan məhrum olub” –Almaniya XİN

"ABŞ dünya lideri statusundan məhrum olub".

Bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel bəyan edib.

Onun sözlərinə görə, Vaşinqtonun hazırda yeritdiyi siyasət dünyaya mənfi təsir göstərir.

“Trampın hakimiyyətə gəlişi ilə beynəlxalq aləmdə qüvvələr balansı dəyişib. Qərb kiçilib. ABŞ dünya lideri statusundan məhrum olub”, – deyə nazir bildirib.

Z.Qabriel həmçinin yeni Vaşinqton administrasiyasının miqrasiya məsələləri  və iqlim dəyişikliyinə dair mövqeyini tənqid edib. Onun fikrincə, bu sahədə Ağ Evin təşəbbüsləri mövcud problemləri daha da dərinləşdirir. 

APA