XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 May 2017 - 10:30

Nepalda hərbi təyyarəqəzaya uğrayıb

Nepalda hərbi təyyarə qəza enişi edib.

TASS informasiya agentliyinin məlumatına görə, bu barədə "Kathmandu Post" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, qəza paytaxtdan 700 kilometr məsafədə yerləşən Bacur dairəsinin Kolti hava limanında baş verib. Belə ki, Polşanın "PZL" firmasının istehsalı olan "M28 Skytruck" hərbi təyyarəsi Humla dağ rayonuna ərzaq məhsulları daşıyarkən qəzaya uğrayıb. Simikota aeroportuna enməli olan təyyarə əlverişsiz hava şəraiti səbəbindən Bacura uçub.

Təyyarə Kolti hava limanında sərt eniş etməsi səbəbindən uçuş-enmə zolağından 50 metr kənara çıxaraq aşıb. Nəticədə pilot yerindəcə ölüb, daha iki hərbçi isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, bu, son 3 gündə Nepalda baş vermiş ikinci təyyarə qəzasıdır.