XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 May 2017 - 10:46

Tramp:"Azərbaycan və ABŞ arasında tərəfdaşlığı qiymətləndirirəm"

ABŞ Prezidenti Donald Tramp mayın 31-də Bakıda keçirilən 24-cü Beynəlxalq "Xəzər Neft və Qaz 2017" sərgi və konfransının, həmçinin 7-ci Xəzər Beynəlxalq Energetika və Alternativ enerji sərgisinin iştirakçılarına ünvanladığı məktubda Azərbaycan və ABŞ arasında tərəfdaşlığı qiymətləndirdiyini qeyd edib.

Trend-in məlumatına görə, D.Tramp bildirib: "Mən ABŞ və Azərbaycanın son 25 il ərzində qurduğu tərəfdaşlığı qiymətləndirirəm və bu tərəfdaşlığın gələcəkdə inkişaf edəcəyini gözləyirəm".

ABŞ Prezidenti Azərbaycan Prezidenti və xalqına Bakıda keçirilən illik sərgi və konfrans münasibətilə ən xoş arzularını çatdırıb.