XƏBƏR LENTİ

12 Dekabr 2019
11 Dekabr 2019

Digər Xəbərlər

31 May 2017 - 11:32

Kabildə partlayış:ölənlərin sayı 80 nəfərə çatıb

Bu gün səhər Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb, azı 325 nəfər yaralanıb.

Azərtac xəbər verir ki, bu barədə Tolo News agentliyi Əfqanıstan Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb. Bir qədər əvvəl isə France Press agentliyi 49 nəfərin həlak olduğunu, 300-dən çox insanın yaralandığını xəbər vermişdi.

Xatırladaq ki, partlayıcı qurğu prezident sarayının və xarici səfirliklərin yerləşdikləri binaların yaxınlığında işə salınıb. Bir çox binalar zədələnib, qapı və pəncərələr qopub. İlkin məlumata görə, Almaniya səfirliyindən bir qədər aralıda minalanmış avtosistern partladılıb.

Partlayış zamanı Sinxua agentliyinin Kabildəki bürosunun binasına da zərər dəydiyi bildirilir.